Polis Siyəzəndə əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO

media-hightechnic-468x90

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) və Baş Dövlət Yol Polisi İdarəsinin 1-ci tağımının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə əməliyyat keçirilib.

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri Murad Həbibzadə və Ədalət İlyasov saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə, yaşadıqları ünvanlara, eləcə də avtomobillərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600