!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polis Şöbəsinin saxlanma yerində intihar - Şirvanda

!Reklam – Yazi

Şirvan şəhər Polis Şöbəsinin saxlanma yerində intihar hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadla xəbər verir ki, bir gün əvvəl həmyerlisini bıçaqladığı üçün saxlanılan Şirvan sakini, 1989-cu il təvəllüdlü Həmidov Vüqar Məhərrəm oğlu saxlanma yerində özünə qəsd edib.

İntiharın hansı şəraitdə baş verdiyi və səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, Vüqar Həmidov münaqişə zəminində həmyerlisi, 1968-ci il təvəllüdlü Məmmədov Musa Hüseynağa oğlunu bıçaqlayıb. M. Məmmədov Şirvan şəhər xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Münaqişəyə səbəb M.Məmmədovla V.Həmidovun qardaşı, 1985-ci il təvəllüdlü Həmidov İlqar Məhərrəm oğlu arasında baş verən əlbəyaxa dava zamanı onu dəmir linglə vurması olub.

Sonuncu da xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

COP29

www.yenicag.az

2143
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv