Polisi aldadan şəxsə 5 il həbs verildi

media-hightechnic-468x90

69910_res_01 (1)Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubuna partlayıcı qurğu qoyulması barədə hüquq-mühafizə orqanlarına yalan məlumat verən Ziya Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ziya Səfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin iyulun 1-də, saat 23 radələrində naməlum şəxs taksafondan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə zəng edərək paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Plaza” gecə klubunda partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Dərhal müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilə-bilə yalan məlumatı verən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Səfərov tutulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600