POLİTOLOQ: Ərəb ölkələri İsraili başa salmalıdırlar ki...

media-hightechnic-468x90

“İsrail dünyaya ağalıq etmək niyyətindədir”.

media-1651745416_qabil-huseynov

Bunu İsrail və HƏMAS arasında atəşkəs razılaşması, ABŞ-nin buradakı rolu və bundan sonra gözlənilənləri Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Qəzzadakı prosesi ABŞ idarə edir:

“Hələki prosesi ABŞ idarə edir. İsraili yola gətirən görünür ki, Amerikadır. Ərəb ölkələri, başda Səudiyyə Ərəbistanı olmaqla, milliliyi itiriblər. Onlar proseslərə qətiyyən müdaxilə etmək istəmirlər. İsraili başa salmalıdırlar ki, kefi istəyəndə tankla, kefi istəyəndə qırıcıyla ərəb ölkələrini bombardman edə bilməz”.

Əldə olunan sülh sazişi ilə bağlı politoloq bildirib ki, baş verən hadisələr sevindiricidir:

“İnsan ölmür, qan axmır. Eyni zamanda, birmənalı demək olmur ki, sabah İsrail yenidən hücuma başlamayacaq. İsrail dünyaya ağalıq etmək niyyətindədir. İsrail qonşuları ilə dinc şəraitdə yaşamağı öyrənməlidir. Yoxsa onlar hazırda militarist təfəkkürlə qonşularına hücum edirlər. Hesab edirəm ki, əldə olunan razılaşma müəyyən müddət davam edəcək”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa