Polşa Belarusla sərhəddə 17 min hərbçi toplayır

media-hightechnic-468x90

Avqustun 1-də Polşa Belarusla sərhəddə 17 min hərbçinin iştirak edəcəyi genişmiqyaslı “Təhlükəsiz Podlasie” hərbi təliminə başlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Komış bildirib.

Manevrlərə 18-ci Mexanikləşdirilmiş Diviziya rəhbərlik edəcək. Əməliyyat altı ay davam edəcək.

Polşanın Belarusla sərhəddə qoşunlarının sayını 6 mindən 17 minə çatdıracağı iyulun 10-da məlum olub. Müdafiə nazirinin müavini Pavel Beida bildirib ki, 8 mini birbaşa yerdə, qalanları isə ehtiyatda olacaq. Bir şey olarsa, bu 9 min əsgər bütün texnika və silahlarla 48 saat ərzində sərhədi müdafiə etmək üçün sərhədə gələcək.
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa