Polşa ərazisinə “SpaceX” raketinin qalıqları DÜŞDÜ

media-hightechnic-468x90

Polşa ərazisinə nəzarətsiz şəkildə düşən ABŞ-nin kommersiya kosmos şirkəti “SpaceX”ə məxsus raket qalıqları ilə bağlı başlanan araşdırma dayandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.

Jurnalistlərin əldə etdiyi məlumata görə, “SpaceX” raketinin qalıqlarının düşməsi ilə bağlı işi aparan Poznan Prokurorluğu araşdırmanın dayandırılması barədə qərar verib.

İstintaq orqanları nəticəyə gəliblər ki, hadisədə hər hansı cinayət tərkibi yoxdur. Raketin qalıqları insanların həyatına birbaşa təhlükə yaratmayıb. Eyni zamanda, raket qalıqlarından birinin düşdüyü ərazidə yerləşən müəssisəyə dəyən zərər 6.000 zlotı məbləğində qiymətləndirilib və bu hal da qəsdən törədilmiş hesab olunmayıb. Mənbələrin sözlərinə görə, istintaqın tez bir zamanda bağlanması o deməkdir ki, prokurorluq potensial çətinlik yarada biləcək məsələdən qurtulmuş olub.

Qeyd edək ki, 19 fevralda “SpaceX” şirkətinin “Falcon 9 R/B” raketinin bir hissəsi Polşa üzərində nəzarətsiz şəkildə Yer atmosferinə daxil olub. Hadisə Polşa Kosmik Agentliyinin Kosmik Təhlükəsizlik Departamenti tərəfindən təsdiqlənib. Daha sonra Polşa ərazisində raketə məxsus bir neçə fraqment aşkar edilib. Bu hadisədən sonra dövlət orqanlarının hadisə barədə dərhal məlumatlandırılmaması səbəbindən məsul şəxslərin müəyyən olunması ilə bağlı daxili axtarış prosesi başlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600