Polşa prezidenti Anjey Dudanın ABŞ-yə səfəri zamanı təyyarəsi xarab olub.
Yenicag.az xəbər verir ki, bu barədə Polşanın “Fakt” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, təyyarədə ekipaj üçün bortda olan monitorinq sistemi sıradan çıxıb.
Prosedurlara görə, Bu vəziyyətdə təyyarə Polşaya qayıdır, lakin sərnişinləri daşıya bilmir.
Duda qayıdış üçün təlimatlara uyğun olaraq ABŞ-yə “ehtiyat” kimi gələn ikinci təyyarədən istifadə edəcək.
Ehtiyat təyyarənin uçuş məsafəsi daha qısa olduğundan, Polşaya marşrut bir qədər dəyişəcək. Çünki yanacaq doldurmaq üçün əlavə dayanacaq tələb olunacaq.
Nəşrin qeyd etdiyi kimi, bu məqsədlə prezident təyyarəsi Azor adalarına enəcək.
Qeyd edək ki, eyni zamanda, Dudanın NATO-nun baş katibi Yens Stoltenberq ilə cümə axşamı Brüsseldə görüşü planlaşdırılıb.
Xuraman Etibarlı
www.yenicag.az