Polşa rəsmiləri uzun illərdir Polşada yaşayan və bizneslə məşğul olan Rusiya vətəndaşını 2015-ci ildən 2022-ci ilin aprelinə qədər Rusiya adına casusluq etməkdə ittiham edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, casusluqda təqsirləndirilən şəxs aprel ayında Polşa Silahlı Qüvvələrinin və NATO qoşunlarının hərbi hazırlığı barədə məlumat topladığı və daha sonra Rusiya Kəşfiyyat Xidmətinə göndərdiyi sübut əsasında həbs edilib.
Sözügedən işin Rusiya və Belarus kəşfiyyat xidmətlərinin Polşa Silahlı Qüvvələrinə qarşı fəaliyyəti ilə bağlı hazırda prokurorlar tərəfindən aparılan bir neçə işdən biri olduğu bildirilib.
www.yenicag.az