Polşada prezident seçkilərinin birinci turunun yekun nəticələri açıqlandı

media-hightechnic-468x90

Polşada prezident seçkilərinin birinci turunun yekun nəticələri açıqlandı
Polşanın Milli Seçki Komissiyası 19 may, bazar ertəsi günü prezident seçkilərinin birinci turunun yekun nəticələrini açıqlayıb.

media-banner_tuq

Yenicag.az  xəbər verir ki, bu barədə “Polsat News” məlumat yayıb.

Səslərin 100% seçki məntəqəsində hesablanmasından sonra məlum olub ki, hakim partiyanın namizədi, Varşava meri Rafal Tşaskovski 31,36% səs toplayıb. Onun əsas rəqibi, Polşanın Milli Yaddaş İnstitutunun direktoru və müxalif “Hüquq və Ədalət” (PiS) partiyasının dəstəklədiyi Karol Navrotski isə 29,54% səs qazanıb.

Hər iki namizəd 1 iyun tarixində keçiriləcək prezident seçkilərinin ikinci turunda qarşılaşacaq.

Üçüncü yeri açıq şəkildə antiukrayna mövqeyi ilə tanınan Slavomir Mençen tutub – o, 14,81% səs alıb.

Dördüncü yeri qalmaqallı namizəd Qjeqoj Braun tutub – o, 1 242 892 səs (6,34%) toplayıb. Beşinci yerdə isə Polşa Seyminin sədri Şimon Holovnya qərarlaşıb – 978 893 səs (4,99%).

Bazar günü keçirilən seçkilərdə seçici fəallığı 67,31% təşkil edib. Bu, 2020-ci ildə keçirilmiş birinci turun göstəricisindən yüksəkdir (o zaman iştirak 64,51% olmuşdu).

Ən yüksək seçici fəallığı Mazovetsko vilayətində qeydə alınıb – 73,40%, ən aşağı göstərici isə Opolsko vilayətində olub – 57,64%.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05