Polşada radikal Prezident HAKİMİYYƏTƏ GƏLDİ

media-hightechnic-468x90

Polşada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn mühafizəkar Karol Navrotski artıq rəsmi olaraq ölkənin yeni prezidenti olub. Tarixçi və professor olan Navrotski hər hansı əvvəlki inzibati təcrübəsi olmadan dövlət başçısı postuna yüksəlib.

Yenicag.az xəbər verir ki, seçkilərin ikinci turu gərgin mübarizə ilə yadda qalıb.

Avropa İttifaqına skeptik yanaşan, sağ-mühafizəkar və populist “Hüquq və Ədalət” (PiS) Partiyasının namizədi Navrotski səslərin 50,8 faizini toplayaraq liberal yönümlü “Vətəndaş Platforması” partiyasından olan Rafal Trzaskovskini məğlub edib.

Navrotski prezident kimi ilk çıxışında partiyasının ideoloji xəttinə sadiqliyini ifadə edərək “qanunsuz miqrasiyaya yox, avroya yox, A və B Polşasına yox” şüarını səsləndirib.

Yeni prezidentin sələfi Andjey Dudanın siyasi kursunu davam etdirəcəyi və baş nazir Donald Tuskun islahat təşəbbüslərinə qarşı prezidentlik veto səlahiyyətindən istifadə edəcəyi gözlənilir. O, çıxışlarından birində “hakimlər tanrı deyil, onlar Polşa Respublikasına və vətəndaşlara xidmət etməlidirlər” deyərək, məhkəmə sistemində dəyişikliklərin anonsunu verib.

Navrotski artıq ilk siyasi addımını ataraq, Baş prokuror Valdemar Zureki Ədliyyə naziri təyin edib. Zurekin vəzifəsi PiS partiyasının hüquq prinsiplərinə uyğun hakimlərin təyinatını təmin etmək olacaq. Bu istiqamətdə planlaşdırılan islahatlar isə ölkədə müxalifətin ciddi müqaviməti ilə qarşılaşa bilər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa