Ukrayna prezidenti Pyotr Poroşenko Moskvanı ötən il Kiyevin Maydanında nümayişçilərin snayper atəşinə tutulmasında birbaşa əli olmaqda ittiham edib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, qətllərin birinci ildönümündə ittiham irəli sürən prezident Ukrayna xüsusi xidmət orqanlarında buna dair dəlillərin olduğunu söyləyib.
P.Poroşenko öldürülənlərin qohumlarına deyib ki, dövlət xüsusi xidmət orqanlarının ona verdiyi məlumata əsasən, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov Maydanda fəaliyyət göstərən xarici snayper qruplarına başçılıq edib. Çünki Rusiya prezidenti Vladimir Putin müşaviri Vladislav Surkovla məsləhətləşir.
Rusiyanın Xarici İşlər Nazirliyi ittihamları cəfəngiyyat adlandırıb.