Poroşenko Rusiya hərbçilərini rədd etdi

media-hightechnic-468x90

4278ade20369b44983f1b4f199443613Ukrayna BMT Təhlükəsizlik Şurasının mandatı əsasında sülhməramlı qüvvə qismində Avropa İttifaqının polis missiyasının ölkəyə göndərilməsini istəyir.

Yenicag.az apa-ya istinadən bildirir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə ali nümayəndəsi Yohannes Han ilə Kiyevdə keçirdiyi mətbuat konfransında deyib. O, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu barədə qəbul etdiyi qərar barədə Y. Hanı məlumatlandıracağını söyləyib.

P. Poroşenko bildirib ki, sülhməramlı missiyanın tərkibində Rusiya hərbçiləri iştirak etməməlidir: “Rusiya təcavüzkar ölkə kimi Ukraynadakı gələcək sülhməramlı əməliyyatda iştirak edə bilməz və etməyəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600