Portuqaliya UEFA Millətlər Liqasının qalibi OLDU

media-hightechnic-468x90

Portuqaliya yığması UEFA Millətlər Liqasının final oyununda İspaniya yığmasını məğlub edib.

Yenicag.az xəbər verir ki, qarşılaşma Münhendə baş tutub.

Matçın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Portuqaliya millisinin heyətində qolları Nuno Mendeş (26) və Kriştianu Ronaldu (61) vurub. İspaniya yığmasından Martin Subimendi (21) və Mikel Oyarsabal (45) fərqlənib. Penaltilər seriyasında isə portuqaliyalılar rəqibini 5:3 hesabı ilə məğlub edib.

Portuqaliya millisi ikinci dəfə UEFA Millətlər Liqasının qalibi olub. Bundan əvvəl komanda 2019-cu ildə turnirdə birinci yeri tutmuşdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600