Bu gün Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. Yeniçağ.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında AZAL “Neftçi” arasında olacaq. “Təyyarəçi”lər paytaxt klubu öz meydanında sınağa çəkəcək.
Digər qarşılaşma isə Zirədə oynanılacaq. Eyniadlı komanda “Sumqayıt”la üz-üzə gələcək. Bu komandaların 4-cü yer uğrunda mübarizə aparmaları, aralarındakı xal fərqinin cəmi 2 olması görüşə marağı artırır.
Azərbaycan Premyer Liqası
XX tur
27 fevral (bazar ertəsi)
15:30. AZAL – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
AZAL Arena
18:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu
28 fevral (çərşənbə axşamı)
15:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
18:00. “Qarabağ” – “İnter”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
“Azersun Arena”
Yeniçağ.az
www.yenicag.az