Yenicag.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, “FaceTime” ilə elçilik edib. Beləki, Ərdoğan və məşhur aktyor Murat Yıldırım və sevgilisi İmane Elbani ilə Ankara Esenboğa hava limanında qarşılaşıb. Qısa bir söhbətdən sonra prezident FaceTime ilə Elbânî’nin ailəsiylə söhbət edib, daha sonra qızlarını aktyor üçün istəyib. Prezidentə onun həyat yoldaşı Əminə Ərdoğan da qoşulub və ailədən müsbət cavab alıblar.
Murat Yıldırım, Ərdoğana sosial şəbəkədə belə təşəkkür etdi:
“Hörmətli prezidentimizə sonsuz təşəkkürlərimi bildirirəm, sonsuza qədər yanımda olmasını istədiyim yoldaşımı mənim üçün atasından istədiyi üçün”.