Prezident bəyanat verəcək

media-hightechnic-468x90

giorgi_margvelashvili_281013_5Avstriyaya işgüzar səfərini başa çatdıran Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bu gün ölkədəki mövcud siyasi hadisələrlə əlaqədar təcili bəyanat verəcək.

Bunu Prezident Administrasiyasının mətbuat xidmətinin əməkdaşı deyib.

Məlumata görə, G.Marqvelaşvili ölkəyə qayıtdıqdan sonra günün sonunda bəyanat verəcək.

Xatırladaq ki, dünən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili müdafiə naziri İrakli Alasaniyanı vəzifəsindən uzaqlaşdırıb. Bunun ardından İ.Alasaniyanın komandasının üzvləri olan xarici işlər naziri Mayya Pancikidze və Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili müavinləri ilə birgə istefaya getmək qərarını açıqlayıblar.(trend)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600