Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanın baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tərəfindən həyata keçirilən işlərə öz rəğbətini ifadə edən Bolqarıstanın baş prokuroru Azərbaycanda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını bildirib.
Qonaq hər iki ölkənin prokurorluq orqanları arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini, bu əməkdaşlığın yüksək peşəkar səviyyədə və dostluq şəraitində aparıldığını vurğulayıb və Bakıya səfərini mövcud əlaqələrin davamı kimi dəyərləndirib.
Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən İ. Əliyev əlaqələrimizin siyasi, iqtisadi, enerji, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Özünün Bolqarıstana, Bolqarıstan baş nazirinin Azərbaycana səfərini xatırlayan dövlət başçısı bu səfərlərin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə əlaqələrin hər iki ölkənin rəhbərlikləri arasında mövcud olan əməkdaşlıq və qarşılıqlı dəstək səviyyəsinə qaldırılmasının əhəmiyyətini vurğulayan prezident İlham Əliyev prokurorluq orqanlarının yaxşı əməkdaşlığının ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə xidmət etdiyini deyib və bu səfərin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirə edilməsi üçün yaxşı fürsət yaratdığını bildirib.
***
Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanın baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Yenicag.az
www.yenicag.az