Prezident hakimiyyətdən uzaqlaşdırıldı

media-hightechnic-468x90

Moldova Konstitusiya Məhkəməsi ölkə prezidenti İqor Dodonun səlahiyyətlərini müvəqqəti dayandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə yanvarın 2-də hakim partiyanı təmsil edən bir qrup deputatın sorğusu əsasında qərar qəbul olunub. Bu qərara baş nazirin 5 nazir və 2 baş nazir müavini postuna təklif etdiyi namizədləri İ.Dodonun təsdiqləməkdən imtina etməsi səbəb göstərilir.

Moldova qanunvericiliyinə əsasən, prezident namizədləri təsdiqləməkdən yalnız bir dəfə imtina edə bilər.

Prezidentin səlahiyyətləri müvəqqəti olaraq parlament sədrinə həvalə olunub. Yaxın günlərdə onun yeni nazirləri təyin etməsi gözlənilir. Parlament sədrinin təyinatları imzalamayacağı təqdirdə bunu, qanunvericiliyə əsasən, baş nazir edəcək.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa