!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Prezident İlham Əliyev Azərbaycanın qətiyyətli mövqeyini ən açıq formada ifadə etdi" - Keçmiş dövlət müşaviri

!Reklam – Yazi

“Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağıran ölkələrin liderləri İlham Əliyevin onlara ünvanladığı suallara cavab vermək məcburiyyətindədirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq, Azərbaycanın sentyabrın 27-də başladığı əks-hücum əməliyyatını şərtləndirən amilər haqda fikirlərinə münasibət bildirən keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, prezidentin qeyd olunan müsahibədə bildirdiyi qəti mövqe Azərbaycana müxatəlif çağırışlar edən ölkələrə çox tutarlı cavabdır:

“Prezidentin “Əl-Cəzirə” kimi nüfuzlu telekanala müsahibəsində toxunduğu mühüm məqamlar əslində, dünyaya açıq və detallı mesaj kimi qiymətləndirilməlidir.

O da qeyd olunmalıdır ki, dövlət başçısı müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbi və indiki vəziyyətilə əlaqədar tam arqumentləşdirilmiş, obyektiv reallığa əsaslanan dolğun məlumat verdi.

Prezident Azərbaycanın bu münaqişəsinin dinc vasitələrlə ədalətli həllinə nail olmaq üçün kifayət qədər uzun müddət səbr etdiyimizi, amma bunun əsasında Ermənistanın destruktiv mövqe tutduğunu, vasitəçi dövlətlərin isə öz missiyalarını yerinə yetirmədiklərini diqqətə çatdırdı.

Dövlət başçısı Ermənistanın öz təcavüzkar siyasətini davam etdirərək, təmas xəttində müntəzəm təxribatlar törətdiyini, Azərbaycan mövqelərinə vaxtaşırı hücum edərək, yeni ərazilər ələ keçirmək niyyətindən əl çəkmədiyini bildirdi.

Ermənistanın sentyabrın 27-də əl atdığı növbəti təxribat isə Azərbaycanı əks-hücum əməliyyatlarına başlayaraq, işğal altındakı ərazilərimizi hərbi yolla azad etməyin alternativinin olmadığına inandırdı.

Eyni zamanda, prezident ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə də geniş toxundu. Bu dövlətlərin otuz ilə yaxın müddətdə işğalçı Ermənistana qarşı zəruri addımları atmadıqlarını, indi isə Azərbaycanı əks-hücum əməliyyatlarını dayandımağa çağırdıqlarını dedi.
Prezident ölkəmizin yeganə şərtini xatırladaraq, işğalçı Ermənistanın öz hərbi qüvvələrini Azərbaycan ərazilərindən çıxarmalı olduğunu bir daha bəyan etdi.

Hesab edirəm ki, prezidentin “Əl-Cəzirə” telekanaına müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın əsaslı mövqeyini tamamilə əks etdirdi. Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağıran ölkələrin liderləri isə İlham Əliyevin onlara ünvanladığı suallara cavab vermək məcburiyyətindədirlər”.

www.yenicag.az

530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv