PrezidentinBakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 3-də paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilir.
Prezidentin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, qızı Leyla Əliyeva qarşılaşmaya baxırlar.”Bakı 2019: Ulduzlar Finalı”nda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Zaman Zahirzadə və Tural Dadaşovdan ibarət “Qərb ulduzları” komandası Şöhrət Qasımov, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, Vəli Qasımov, Nazim Süleymanov, Məhəmməd Tanrıverdiyevdən ibarət “Şərq ulduzları” komandası ilə qarşılaşır.
Əvvəlcə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşdü.UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edildi.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra oyun başladı.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Qərb Ulduzları” komandasının 11:10 hesablı qələbəsi ilə başa çatdı.Sonra Prezident İlham Əliyev oyunu izləyən azarkeşlər və uşaqlarla görüşdü, xatirə şəkilləri çəkdirdi.
www.yenicag.az