Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Prezident İlham Əliyevin bu təşəbbüsünün geniş dəstək qazanması çox müsbət haldır” - Politoloq

“Bu, BMT Baş Məclisinin tarixində xüsusi təşəbbüslə keçirilən ikinci növbədənkənar sessiya olacaq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri statusunda BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün 130-a yaxın ölkə tərəfindən dəstək qazanmasını şərh edən politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, sözügedən təşəbbüsün bu qədər ölkə tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq uğurudur:

“Aprelin 20-də Bakıda Türkdilli dövlətlərin Əlaqələndirilmə Şurasının videokonfrans vasitəsilə Zirvə toplantısı keçirildi. Həmin tədbirdə COVID-19 pandemiyasının problemləri və onun aradan qaldırılması üçün birgə addımların atılması kimi məsələlər müzakirə edildi.

Daha sonra mayın 4-də Bakıda Qoşulmama Hərəkatının Təmas Qrupunun 41 üzvünün, o cümlədən, BMT Baş katibinin, Avropa İttifaqı nümayəndəsinin, Ümumdünya Səhiyyə Təşilatının sədrinin iştirakı ilə videokonfrans formatında çox mötəbər ilə tədbir keçirildi.

O toplantıda qərara alındı ki, Qoşulmama Hərəkatının sıralarında xeyli geridə qalmış, inkişaf etməkdə olan və öz gücü ilə pandemiyanın öhdəsindən gələ bilməyən ölkələrə yardım göstərilsin. Bu baxımdan, o təşəbbüslərin həyata keçirilməsi üçün BMT Baş Məclisinin növbədənkənar sessiyasının çağırılmasına ehtiyac var. Əlbəttə ki, bu təşəbbüsün prezident İlham Əliyev tərəfindən irəli sürülməsi və dəstəklənməsi çox müsbət haldır.

Sessiyanın çağırılması üçün tələb olunan 95 ölkənin razılığı tələb olunduğu halda, təşəbbüsə 130 ölkənin nümayəndəsi cavab verməsi çox böyük uğurdur. Bu, Azərbaycan diplomatiyasının, şəxsən prezident İlham Əliyevin çox böyük uğurudur.

BMT Baş Məclisinin növbədənkənar sessiyasını çağırılması çox böyük hadisə olacaq. O baxımdan, sessiyanın çağırılmasının əleyhinə çıxan yeganə ölkənin Ermənistan olması təsadüf deyil”.

www.yenicag.az

444