Prezident Şahin Əliyevi niyə indi kənarlaşdırdı? - Mehdiyevin “hüquq qalası” çökdü

media-hightechnic-468x90

 

Hakimiyyət strukturlarında Mehdiyev komandası sistemli şəkildə sıradan çıxarılır. Bu prosesin növbəti hədəfi kimi Şahin Əliyevin kənarlaşdırılması tamamilə gözlənilən idi. Uzun illər Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinə rəhbərlik etməsi, daha sonra Ədliyyə Akademiyasına rektor təyin olunması, onu Ramiz Mehdiyev məktəbinin tipik kadrlarından biri kimi formalaşdırmışdı.

Şahin Əliyevin “insan kimi formalaşmağımda Ramiz Mehdiyevin böyük rolu olub” etirafı, əslində, onun siyasi portretinin ən dəqiq xülasəsidir. Bu cümlə, həm mənəvi, həm də peşəkar bağlılığın açıq şəkildə bəyanıdır. Lakin ictimai rəyə görə, Mehdiyev məktəbi uzun illər ərzində real hüququ deyil, kabinet oyunlarını, şəffaflığı deyil, qapalı intriqaları, ədaləti deyil, siyasi loyallığı üstün tutan idarəçilik fəlsəfəsi ilə assosiasiya olunur. Bu fonda Şahin Əliyevin “homo ludens” – yəni siyasi oyunların içində formalaşmış fiqur kimi səciyyələndirilməsi təsadüfi deyil.

Baş verən kadr qərarı, texniki baxımdan sadə bir təyinat və ya azad etmə aktı kimi görünsə də, məzmun etibarilə Mehdiyevçiliyin qalıqlarına vurulan növbəti zərbədir. Köhnə komandanın hüquqi-ideoloji dayaqlarının tədricən sökülməsi, həm siyasi xəttdə, həm də idarəetmə fəlsəfəsində mərhələli dəyişiklik cəhdi kimi oxunur.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa