Prezident sərəncam imzaladı

media-hightechnic-468x90

ilham_eliyev_serencam3Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Dostluq” ordeni ilə

Filip Kreven
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Rəhimov İlqar Elxan oğlu

“Tərəqqi” medalı ilə

Adilov Tahir Alizaman oğlu

Əhmədov Əfqan Nurbala oğlu

Əhmədov Mehti Nəriman oğlu

Həmidov Şaiq Məmməd oğlu

Hüseynov Elşən Əliqara oğlu

İbişov İlqar Əsgər oğlu

Kərimova Vüsalə Akif qızı

Kəsəmənski Ramin İlham oğlu

Qasımov Natiq Misir oğlu

Məmmədov Vüqar Ənvər oğlu

Şahtahtinski Oktay Adil oğlu

Vəliyeva Zinyət Səyyad qızı.
***
18:52

Digər Sərəncamla Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə İbrahim Eldar oğlu İbrahimov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

media-ziraat-728x90

Prezident sərəncam imzaladı

media-hightechnic-468x90

siaphoto_443613Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bakı şəhərinin Yasamal rayonundakı 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda məktəb üçün yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 5 (beş) milyon manat ayrılır.

Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq

QƏRARA ALIRAM:

1. Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 noyabr 2014-cü il.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600