Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi (WorldFood Azerbaijan 2018) və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2018) sərgiləri ilə tanış olub.
Yenicag.az xəbər verir ki, dövlət başçısı sərgidə Türkiyənin “Gübretaş” şirkətinin stenti ilə də yaxından maraqlanıb.
Şirkət direktoru İbrahim Yumaklı sərgi zamanı İlham Əliyevə “Gübretaş” barədə məlumat verib. Şirkət rəhbəri bildirib ki, qısa müddət ərzində Azərbaycan bazarına daxil olmağı planlaşdırırlar. Yumaklının sözlərinə görə, bununla bağlı araşdırmalara başlanılıb. Daha sonra isə İbrahim Yumaklı İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.
Prezident stendi ziyarət edərkən dövlət başçısını kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və TÜİB başqanı Hüseyin Büyükfırat müşaiyət ediblər.