Venesuella prezidenti Maduro türklərə heyranlığını qeyri-adi yolla ifadə edib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Venesuellada keçiriləcək seçkilərdə uğur arzulamaq üçün həmkarı Maduroya zəng edib. Telekonfrans zamanı iki ölkə arasında iqtisadi əlaqələri gücləndirmək məqsədilə müqavilə imzalanıb. Danışıqlar Venesuellanın dövlət kanalından canlı yayımlanıb.
Xarici işlər naziri Mövlud Çavuşoğlu və iqtisadiyyat naziri Nihat Zeybekçinin də iştirak etdiyi telekonfransdan sonra Maduro TRT-nin “Diriliş Ərtuğrul” serialına “salam göndərib”. Belə ki, ölkə başçısı Qayı boyunun bayrağı ilə kameralara poz verib. Həmçinin onun başında türklərə aid xüsisi papaq və barmağında türklərin simvollarından biri olan qoşa qartal işləməli üzük olub.
Həmin fotoları təqdim edirik:
www.yenicag.az