Prezident və xanımı Nərimanov rayonunda-Fotolar

media-hightechnic-468x90

def6c6b1869dccf0d462a3a86d98bb80Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olublar.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev parkın tikintisi ilə bağlı dövlətimizin başçısına məlumat verib.

Parkda abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib, geniş yaşıllıq tədbirləri görülüb. Parkın ərazisində müxtəlif fəvvarələr quraşdırılıb.

Parkın altında ikimərtəbəli avtomobil dayanacağı da inşa edilib. Yeraltı dayanacağa enmək üçün iki lift və müasir eskalatorlar quraşdırılıb. Dövlət başçısı və xanımı burada yaradılan şəraitlə də tanış olublar. 650 avtomobil tutumuna malik yeraltı dayanacaq ən müasir texniki avadanlıqla təchiz olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600