Prezident yeni baş nazir təyin etdi

media-hightechnic-468x90

6f8d1870d7c131fab5f6e69f46675861Belarus prezidenti Aleksandr Lukaşenko Mixail Myasnikoviçi baş nazir vəzifəsindən azad edib.

Digər sərəncamla Prezident Administrasiyasının rəhbəri Andrey Kobyakov baş nazir vəzifəsinə təyin edilib.

Prezident Administrasiyasına bundan sonra Vitebsk vilayəti İcraiyyə Komitəsinin sədri Aleksandr Kosinets rəhbərlik edəcək. Onun müavinləri iqtisadiyyat naziri Nikolay Snopkov və Belarus Gənclər İttifaqının birinci katibi İqor Buzovski olacaq.

Baş nazirin birinci müavini vəzifəsinə Vasili Matyuşevski, müavinləri vəzifəsinə Vladimir Semaşko və Natalya Koçanova təyinat alıb.

Bundan başqa, A.Lukaşenko Mixail Juravkovu təhsil naziri, Sergey Nalivaykonu vergilər naziri, Vitali Vovkanı sənaye naziri, Vladimir Zinovskini iqtisadiyyat naziri, Andrey Qayevi Dövlət Əmlak Komitəsinin sədri təyin edib.

Qeyd edək ki, Belarusun yeni baş naziri Andrey Vladimiroviç Kobyakov 21 noyabr 1960-cı ildə Moskvada anadan olub. Belarus hökumətində və Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Rusiyadakı səfiri olub(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600