Reklam

Reklam

Bu il 22 rayonda 136 min hektar sahədə pambıq əkiləcək.

Bunu Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib. Dövlətimizin başçısı qeyd edib ki, bu, yaxşı göstəricidir, keçən illə müqayisədə təxminən 3 dəfə çoxdur. Çalışılmalıdır ki, növbəti illər üçün əkin sahələri daha da genişləndirilsin.

Orta məhsuldarlığın 20 sentner ətrafında gözlənildiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, əgər hektardan orta hesabla 20 sentner götürülsə, bu, 270 min ton pambıq tədarükü deməkdir: “Əgər biz 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldığını nəzərə alsaq, bu, qısa müddət ərzində çox böyük göstəricidir. Qısa müddətdə görülən işlər, bax, bu gözəl nəticəyə gətirib çıxarıb. Bu, onu göstərir ki, dövlət dəstəyi olan yerdə, işlər düzgün təşkil olunanda hər şeyi etmək mümkündür. Biz Azərbaycanda pambıqçılığı artıq demək olar ki, bərpa etmişik və bundan sonra gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik”.

“Əkin sahələrinin genişlənməsini nəzərə alsaq, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur və olunacaq”, – deyən dövlətimizin başçısı qeyd edib ki, keçən il bu rəqəm 64 min idi. Yəni, burada da iş üçün 3 dəfədən çox imkanlar yaranıb. Bu, əlbəttə ki, məşğulluğun artırılmasına, işsizliyin azalmasına gətirib çıxaracaq. İşləmək istəyən vətəndaşlar özləri üçün iş tapa biləcəklər.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."