Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə və Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşı dövlət başçısı tərəfindən təltif edilib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
www.yenicag.az