!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin anaya verdiyi evi hərraca çıxardı, məhkəmə də QƏBUL ETDİ: Qanunlarımız nə deyir? - RƏY/VİDEO

!Reklam – Yazi

Bildiyimiz kimi, ölkəmizdə üçəm və ya dördəm dünyaya gətirən anaya yaşayış şərtlərinin yaxşılaşdırılması məqsədilə prezident İlham Əliyev tərəfindən mənzil təqdim olunur. Qanunla o ev anadan başqa heç kəs tərəfindən hərraca çıxarıla bilməz. Lakin son günlərdə Günel Nəbiyeva adlı şəxsin şikayəti sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Belə ki, onun keçmiş həyat yoldaşı prezident tərəfindən verilən mənzili hərraca çıxarıb. Ana isə öz şikayətində bildirib ki, 4 uşağının və özünün başqa yaşayış məskənləri yoxdur, o evi sata bilməz.

İş məhkəməyə təhvil verilib. Rayon məhkəməsi müraciəti rədd etsə də, sonradan Apellyasiya məhkəməsi qətnaməni ləğv edib və evi hərraca çıxarıb. Həyat yoldaşı isə bildirir ki, əgər G. Nəbiyeva övladlarını görməyə icazə versə, hərrac fikrindən daşınacaq.

Bəs bu məsələ qanunla necə tənzimlənir? Anaya Prezident tərəfindən verilən ev hərraca çıxarıla bilər?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, əgər bir ev istifadəyə verilirsə, o evi satmaq olmaz:

“Amma əgər mülkiyyət xarakterli verilirsə, vəziyyət fərqlidir. Bundan əlavə, ev qadına verilirsə, əmlak onundur. Prezident ona bağışlayıb. Ərin orda heç bir rolu yoxdur. Satıla bilməz. Sabah qadın gedib bankdan kredit götürsə, evini girov qoysa və borcunu ödəməsə, ümumi qaydada o ev hərraca çıxarılacaq. Və satılacaq. Amma əmlak sırf qadına mülkiyyət xarakterli bağışlanılıbsa, o evdə nəinki ərin, heç kəsin hüququ yoxdur. Qanunla belədir”.

Şahanə Paşa

www.yenicag.az

3131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv