Prezident İlham Əliyevin “Qarabağ” klubunun heyəti ilə görüşünün qeyri-rəsmi hissəsində ölkə başçısının futbolçu heyəti ilə səmimi dialoqu olub.
Yenicag.az xəbər verir ki, İlham Əliyev son vaxtlar tənqidlərə məruz qalan Ağdam klubunun yarımmüdafiəçisi Əfran İsmayılovla da zarafatlaşıb. Prezidentin futbolçuya “səni izləyirəm, yaxşı “driblinq”lərin və sürətin var” deyib. Amma ölkə başçısının “topu cərimə meydançasının yanında və arxada çox saxlama” deməsi komandanın gülüşünə səbəb olub.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolunda tarixi ilkə imza atıb.
www.yenicag.az