Prezidentin müşaviri amerikalı yəhudiləri qəbul etdi

media-hightechnic-468x90

 

 

 

Amerika Yəhudiləri Yardım Təşkilatından(Vaad  L Hatzolas Nidchei Yisroel)  bir qrup   heyət Azərbaycan Rrespublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə  Dövlət müşaviri  Kamal Abdulla ilə görüşüb. Görüşdə Təşkilatın Azərbaycan bölməsinin sədri Rav Shmeuel Simatov, təşkilatın sədr müavini Rav Zamir İsayev və təşkilatın mətbuat xidmətinin katibi Murad Salmanov iştirak edib.

YENİCAG.AZ-a daxil olan məlumata görə, görüş heyətlər arası baş tutub. İlk öncə qonaqları salamlayan Kamal Abdulla dövlətin tolerantlıq siyasətindən və ölkə prezidentinin buna qayğısından danışıb. Rav Shmeul Simantov təşkilat haqqında məlumat verərək bildirib ki ,”Mən İsrail vətəndaşı olsamda daima özümü azərbaycanlı kimi hiss edirəm. Bu gün Azərbycan tolerantlığı ilə nəinki Qafqazın hətta bütün dünyanın ən tolerant ölkəsidir”.

Görüşdə iki tərəfli əməşdaşlq və azərbaycan və yəhudi xalqlarının  qardaşlığını gücləndirə biləcək ortaq lahiyyələr haqqında müzakirə aparılıb. Görüşün sonunda Kamal Abdulla qonaqlara kitab hədiyyə edib.

Samir ASLAN

unnamed (1) unnamed

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600