Prezidentin növbəti hədəfi kimdir?
Özünəməxsus idarəçilik prinsipləri olan Kim Çen Inın növbəti hədəfi metereoloqlar olub. Hidrometerologiya xidmətində olan Kim Çen In metereoloqları hava proqnozunun düzgün verilməməsində günahlandırıb və sərt tənqid edib.
Gənc lider sinoptiklərin işinin çox vacib olduğunu vurğrlayaraq qeyd edib ki, onların işi birbaşa ölkə iqtisadiyyatına təsir edir. Daha sonra Kim Çen In bildirib ki, xalqı iqlim anomaliyalarından qorumaq üçün dəqiq proqnozların verilməsi ən vacib məsələlərdən biridir.
Görüşün sonunda ölkə başçısı hidrometerelogiya xidməti üçün yeni avadanlıqların alınması üçün tapşırıqlar verib.
Yəqin ki, məsələnin yalnız sərt tənqidlə bitməsi sinoptikləri hədsiz dərəcədə sevindirib.