Belarus prezidenti qeyri-adi davranışı ilə növbəti dəfə diqqət mərkəzinə düşüb.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko siçanlarla mübarizə üçün öz təcrübəsini bölüşüb.
Minsk vilayətində əkin işləri və toxumçuluqla bağlı vəziyyəti yoxlayan Lukaşenko yerli rəhbərliyin siçanlarla mübarizə üsuluna maraqlı qarşılıq verib.
O, məmurların toxum anbarlarında siçanlara qarşı mübarizədə kimyəvi vasitələrdən istifadə olunmasını tənqid edərək özünün sınanmış təcrübəsini təklif edib:
“Öz fermama gələndə gördüm ki, orada üç pişik var. Onlara süd verdim, cana gəldilər. Ondan sonra fermada bir siçan da qalmadı. Hətta axtarsan belə, orada bir siçan tapa bilməzsən”.
www.yenicag.az