Prezidentin xalası ərinin edamına dözmədi

media-hightechnic-468x90

77774Kim Çen Inın xalasının ölümünün təfərrüatları məlum olub.

Şimali Koreya lideri Kim Çen Inın xalasının ölümü insultdan olub. Buna səbəb isə onun prezidentlə mübahisəsi olub.

Belə ki, Kimin xalası Kim Qyon Xi əri Çan Son Txeykanini edam etdirdiyi üçün Koreya liderinə bərk qəzəblənib. O, prezidentlə telefonda danışarkən vəziyyəti ağırlaşıb. Bu hadisədən sonra Kim Qyon Xi insult keçirib və ölüb.

Bu barədə ölkədən qaçmış sabiq Koreya Xalq Demokratik Respublikasının baş nazirinin kürəkəni bildirib. Şimali Koreya prezidenti xalasının ölümü rəsmi şəkildə elan etməmək qərarı verib. Beləliklədə hadisənin daha da şişirdilməsinin qarşısını alacağını fikirləşib.

Qeyd edək ki, yerli mətbuat Kim Çen In xalasının özünə qəsd etdiyini iddia edirdi. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600