Prezidentin xanımı və qızları Moskvada-Foto
Dünən Rusiyanın paytaxtı Moskva şəhərində Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, mərasimdə ölkənin birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar iştirak edib.
Moskvanın “Redisson Royal, Moskva” mehmanxanasının konqres- parkında baş tutan tədbirdə 450-dən çox qonaq iştirak edib.
Təqdimat mərasimi çərçivəsində qonaqlar ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə də tanış olublar.
Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim edilib.
qafqazinfo.az