Prezidentlər İtaliyada görüşəcək

media-hightechnic-468x90

71316Ukrayna prezidenti Pyotr Poroşenko İtaliyada ASEM (Asia-Europe Meeting) sammitində həmkarı Vladimir Putinlə görüşəcəyini bildirib.

“Altı gün sonra mənim Milanda Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşüm olacaq. Avropa ölkələrinin (Almaniya kansleri, İtaliyanın baş naziri, Böyük Britaniyanın baş naziri, Avropa ittifaqının liderləri) liderləriylə birlikdə”, – deyə Xarkova səfəri ərəfəsində Poroşenko bildirib.

ASEM sammiti oktyabrın 16-17-də Milan da keçməlidir. Daha əvvəl İtaliyada Poroşenkonun və Putinin görüşünün baş tutacağı barədə Ukrayna prezidentinin mətbuat xidməti xəbər verib. Həmçinin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bu xəbəri təsdiqləyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600