Prezidentlər Poroşenkonun addımlarını dəstəklədi
Ukraynanın üç keçmiş prezidenti Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko 2014-cü ilin payızında Ali Radaya yeni seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Bu haqda “Bizim Ukrayna” Partiyasının Siyasi Şurasının Facebooc səhifəsində yazılıb: “Biz Poroşenkonun açıq partiya siyahıları ilə Ukrayna parlamentinə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı mövqeyini dəstəkləyirik. İndiki Ali Rada Ukrayna xalqının iradəsini əks etdirmir”.
Keçmiş prezidentlər Avropa İttifaqına və ABŞ-a Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqi ilə də bağlı müraciət ediblər.
Bundan başqa, keçmiş dövlət başçıları Ukraynanın Şərqindəki situasiyanın dinc yolla həlli ilə bağlı yeni prezident Pyotr Proşenkonun mövqeyini dəstəklədiklərini də bəyan ediblər.