Prezidentlərin builki sammiti Bakıda keçiriləcək

media-hightechnic-468x90

484d194b4086e4b61f0479c60d82c09eTürkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin builki görüşü Bakıda keçiriləcək.

Bu barədə Gürcüstan Prezident Administrasiyası rəhbərinin müavini Giorgi Abaşişvili bildirib.

O qeyd edib ki, 3 ölkənin iştirakı ilə sammit hər il keçiriləcək və Gürcüstanın geosiyasi rolunun güclənməsinə təkan verəcək.

İlk sammit ötən il Tbilisidə baş tutub, növbəti görüş isə gələn il Türkiyədə keçiriləcək.

“Gürcüstan prezidenti bu sammitə böyük önəm verir və diqqət ayırır, bu barədə özünün bütün xarici səfərlərində də qeyd edir. Bizim məqsədimiz Gürcüstanın geosiyasi rolunun artması, Asiya və Avropa arasında körpüyə çevrilməkdir ki, bu da region ölkələrinin vasitəsi ilə mümkündür”, – deyə G. Abaşişvili bildirib.

O qeyd edib ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verir(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600