Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin məhdud tərkibdə görüşü başa çatdırıblar.
Prezidentlərin təkbətək danışıqları planlaşdırılandan çox davam edib.
Reqlamentə əsasən, 1 saat 15 dəqiqə vaxt ayrılan görüş planlaşdırılan saatdan daha tez – Bakı vaxtı ilə saat 16:20-də başlayıb və təqribən 19:30-da baş çatıb. Bununla da görüş təqribən 3 saat davam edib.
Sonra prezidentlər Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəklər.
V.Putin və R.T.Ərdoğanın mətbuat konfransında görüşün nəticələri barədə məlumat verəcəkləri gözlənilir.
(milli.az)
www.yenicag.az