“Bankların yüksək faizlə gəlir əldə etmək siyasətinin gələcəyi yoxdur”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında baş nazir Artur Rəsi-zadənin hesabatından sonra başlayan müzakirələr zamanı millət vəkili Əli Məsimli deyib.
Onun fikrincə, ötən il 2006-cı ildən başlayan iqtisadiyyatın kiçilməsi prosesinin qarşısı alınıb və 0.1 faiz artım əldə edilib. Millət vəkili qeyd edib ki, hökumətin iqtisadi islahatların dərinləşdirilməsi istiqamətində atdığı addımlar təqdir olunmalıdır və görülən işlər tədricən nəticə verməkdədir. Əli Məsimli daha sonda diqqəti bank sektoruna, xüsusilə problemli kreditlərin həlli yollarına yönəldib:
“Bu gün kommersiya banklarının yüksək faizlə gəlir götürmək siyasətinin perspektivi yoxdur. Bu siyasət bankları yenə də ciddi problemlərlə üz-üzə qoyacaq. Etiraf edilməlidir ki, ölkədə problemli kreditlərin həcmi azalmayana qədər bank sektorunun sağlamlaşdırılmasından danışmaq mümkün olmayacaq. Biz bu məsələni dəfələrlə qaldırmışıq və öz təkliflərimizi irəli sürmüşük. Bir daha bəyan edirəm ki, problemli kreditlərin həlli üçün dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali birgə addımlar atmalıdır. Problemli kreditlər bu dörd tərəfin birgəliyi sayəsində həll olunmalıdır”.
Əli Məsimli Maliyyə Nazirliyi və digər kompitent qurumlara səslənərək, valyuta kreditlərinin ödənilməsində əhalinin vəziyyətinin yüngülləşdirilməsində addımlar atmağa çağırıb.
Araz Zeynalov
www.yenicag.az