!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Problemli kreditlərin ümumi kredit portfelində çəkisi açıqlandı

!Reklam – Yazi

Mərkəzi Bankın məlumatlarına görə, 2024-cü il noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 28 milyard 779,2 milyon manat təşkil edib ki, onun da 24 milyard 154,4 milyon manatı uzunmüddətli kreditlər olub.

Yenicag.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.

Məlumata görə, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2024-cü il noyabr ayının 1-nə 14266,0 milyon manat olub.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avroya – 1,85 manata, 100 Türk lirəsinə – 5,21 manata, 100 Rusiya rubluna – 1,86 manata bərabər olub.

www.yenicag.az

130
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv