Professor SOS siqnalı verdi: "Qripin yeni PANDEMİYASI GÖZLƏNİLİR, çox adam buna riayət etmir"

media-hightechnic-468x90

“Virusdan qorunmaq üçün qaydalara riayət etmək lazımdır”.

Son günlər cəmiyyət arasında müxtəlif qrip virusları geniş yayılıb. İnsanlar qripə yoluxduqlarından şikayət edirlər. Bəziləri bunun virus olduğunu və geniş yayıldığını iddia edir, bəziləri isə qış sezonunun başlaması ilə bağlı olan rutin virus olaraq görürlər.

Yenicag.az cəmiyyəti narahat edən bu virusla bağlı professor, tibb elmləri doktoru Adil Qeybullanın fikirlərini alıb:

“Əslində bu heç də təəccüblü deyil. Bu mənzərənin ilk dəfə deyil şahidi oluruq. Hər il təxminən bu vaxtlar müxtəlif virus infeksiyaları intensivləşir. Bunların içində də qrip ən geniş yayılandir və hər il bu xəstəlik var. Sadəcə pandemiya vaxtı qrip arxa plana keçmişdi. Qrip virusunun 2000-dən çox növü var. Hər il yeni bir növlə mütasiya formasında peyda olur. Ümumiyyətlə qripin nə vaxtsa pandemiyası gözlənilir, bu ümumi proqnozdur.

Hal-hazırda mövcud olan situasiya SARS-CoV-2 virusu, ‘Omikron’ ştammının mütasiya variantları, ‘İnfluenza A’, ‘Respirator Sinsitial virus’, ‘Metaplevmovirus’ geniş yayılıb. Ayrı-ayrı ölkələrdə bu viruslar geniş təzahür edir və bizdə də həmçinin. Bunlar eyni klinik gedişə malik olduğu üçün bir-birindən ayırmaq nisbətən çətindir. Hamısında burun tutulması, asqırma, öskürmə, yüksək hərarət, baş-bel ağrıları, halsızlıq, zəiflik müşahidə edilir”.

Professor bu virusdan qorunmağın yollarını sadalayaraq cəmiyyəti ehtiyatlı olmağa çağırıb:

“Bu xəstəliyi çox adam ayaqüstdə keçirir. Ağırlaşma da məhz bundan başlayır. Bu xəstəliyə yoluxduqca yataq rejimində müalicə almaq, diqqətli olmaq, geyim formasını seçmək, bol maye qəbul etmək, vitaminli qidalar qəbul etmək vacibdir ki, bunlara çox adam riayət etmir, risk aktivliyi artır və nəticədə xəstəlik ağırlaşır. Problem də bundan ibarətdir.

Ona görə də, hər il biz bu cür situasiyalarla üz-üzə olacağıq. Diqqətli olmaq, insanlarla məsafə saxlamaq, karantin qaydalarına riayət etmək lazımdır. Yoluxmamağa və başqalarını da yoluxdurmamağa çalışmaq lazımdır. Ən əsası isə gərək bir-birimizi qoruyaq, qapalı mühitdə maska geyinək. İnsanlar isə təəssüf ki, bunlara riayət etmirlər”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa