Kiyevdə prokuror Oleq Bilous töhmət alıb.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun əyləncəli verilişlərin birində çılpaq görüntülənməsi olub. Belə ki, Bilous və onun arvadı Diana əyləncəli yarışmaya qatılıblar.
Verilişin formatına əsasən, yarışmaçılar müxtəlif sınaqlardan keçməli olurlar. Sınaqlardan birində prokuror və partnyoru soyunmalı olublar. Kiyev prokurorluğundan bildirilib ki, Bilousun hərəkətləri və danışıqları senzuradan kənar olub.
“Prokuror bilməliydi ki, onu hakimlər və kolleqaları tanıya bilər. O, bütün bunları bilərəkdən edib. Bilous öz nüfuzuna və prokurorluğun simasına xələl gətirəcək hər hansı bir hərəkətdən qaçmalı idi” – deyə, prokurorluğun intizam komissiyasından bildirilib.
www.yenicag.az