Prokurorluq Rəşad Dağlının həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verdi

media-hightechnic-468x90

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Qeyd edilib ki, prokurorluq tərəfindən təqdimat Qaradağ Rayon Məhkəməsinə təqdim edilib.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. /Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05