Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Prosineçki AFFA rəhbərliyi ilə görüşür: Gedir, yoxsa qalır?

Reklam: High Technic

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki yığmadakı gələcək karyerasıyla bağlı AFFA rəhbərliyi ilə görüşəcək.

Yenicag.az xəbər verir ki, bunu açıqlamasında xorvatiyalı çalışdırıcının özü deyib.
O, DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərlə arasında yaşanan insident barədə də danışıb:

“Adətən, ilk sual yenicə başa çatan oyun barədə olmalıdır. Amma mən mətbuat konfransına gələn kimi “Bursaspor”la bağlı sual verdilər. Onlar əvvəlcə məndən oyun, üzücü məğlubiyyət haqda yox, Türkiyəyə gedib-getməyəcəyimi soruşdular. İkinci, üçüncü suallar da eyni mövzuda oldu və özümdən çıxdım. Mən onlara dedim ki, istəyirsinizsə, gedə bilərəm”.

Prosineçki millimizlə dekabra kimi müqaviləsinin olduğunu xatırladıb: “Dünya çempionatının seçmə mərhələsinin sonuna qədər müqaviləm var. Əvvəlcə rəhbərliklə danışacam. Sonra hər şey müəyyənləşəcək”.

Yenicag.az

www.yenicag.az

502