Rusiya hərbi təyyarəsinin Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putin Türkiyənin dövlət başçısı Rəcəb Təyyub Ərdoğanla əlaqə saxlayıb.
Yeniçağ.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Putin Ərdoğana başsağlığı verib.
Bildirildiyinə görə, təyyarə qəza ilə binaya zərbə endirib. Bunun üçün də Putin çox üzgün olduğunu qeyd edib.
Qeyd edək ki, Suriyanın Əl-Bab bölgəsində İŞİD hədəflərinə zərbələr endirən Rusiyaya məxsus qırıcı təyyarə səhvən Türkiyə hərbçilərinin olduğu binanı atəşə tutub.
Səhvən edilən hücum nəticəsində 3 türk hərbçi həlak olub, biri ağır olmaqla, 11 hərbçi yaralanıb.
Yeniçağ.Az
www.yenicag.az