Putin hərbi əməliyyata başlayacaq
Rusiya vəhabilərə qarşı hərbi əməliyyatları ikiqat aktivləşdirəcək.
Bu iddia ilə Polşa mətbuatı çıxış edib.
Mətbuat çeçenlərə qarşı fəaliyyətin güclənməsi ilə bağlı Putinin gizli əmr verəcəyini bildirib:
“Dünən Kabardin-Balkarda iki mücahid həlak oldu. FTX-nin təzyiqi günü-gündən artır. İraq və Ukraynada baş verən hadisələr Rusiyanı qorxudur. Putin 90-cı illərinin sonlarının yenidən Rusiyaya qayıtmasının qarşısını almağa çalışır. Buna görə də Putin Şimali Qafqazda radikal islamçı qruplara qarşı fəaliyyətini daha da artıracaq. Əslində, Moskva İŞİD təcrübəsini bir dəfə Çeçenistanda görüb. İkinci təcrübə isə Rusiyanın çöküşünün əsası ola bilər”.