!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin iclasda Narışkinlə mübahisə etdi: “Aydın danış…” - VİDEO

!Reklam – Yazi

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı qondarma Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR) Rusiyanın tərkibində tanınması qərarını dəstəklədiyini bildirib.

Yenicag.az xəbər verir ki, onun bu sözlərindən sonra Rusiya Prezidenti Vladimir Putin iclasda müstəqilliyin tanınması məsələsinin müzakirə olunduğunu deyib. Narışkin bunun ardınca qondarma respublikaların suverenliyinin tanınmasının tərəfdarı olduğunu bildirib.

Putinlə Narışkinin dialoqu belə olub:

Narışkin: Qərb tərəfdaşlarına son şans verilə bilər ki, onlara Kiyevi sülhə və Minsk razılaşmalarına əməl etməyə məcbur etsinlər. Əks halda biz bu gün müzakirə olunan qərarı verməliyik.

Putin: “Əks halda” nə deməkdir? Siz danışıqlar prosesinə başlamağı və ya onların suverenliyinin tanınmasını təklif edirsiniz?

Narışkin: Mən…

Putin: Aydın danışın.

Narışkin: Mən tanınma təklifini dəstəkləyəcəyəm…

Putin: Dəstəkləyəcəksiniz, yoxsa dəstəkləyirsiniz? Aydın danışın!

Narışkin: Donetsk və Luqansk Xalq Respublikalarının Rusiya Federasiyasına birləşdirilməsi təklifini dəstəkləyirəm…

Putin: Biz bundan danışmırıq, bunu müzakirə etmirik, onların müstəqilliyini tanıyıb-tanımamaqdan danışırıq.

Narışkin: Müstəqilliyin tanınması təklifini dəstəkləyirəm./SAVAŞ/

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv