Putin miqrantlarla bağlı qanunu imzaladı

media-hightechnic-468x90

Rusiya Prezidenti Vladimir Putin qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi üçün əlavə tədbirləri nəzərdə tutan qanunu imzalayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, sənədə əsasən, miqrantların Rusiyaya daxil olduqdan sonra məcburi tibbi müayinədən keçmələri üçün nəzərdə tutulan müddət 90 gündən 30 günədək azaldılır. Bundan əlavə, ölkədə 30 gündən artıq qalan əcnəbi vətəndaşlar hər il tibbi müayinədən keçməli olacaqlar. Bu müayinə təhlükəli yoluxucu xəstəliklərin, HİV infeksiyasının, eləcə də narkotik maddələrdən istifadə faktlarının olmadığını təsdiqləmək üçün tələb olunur.

Tibbi müayinənin xərcləri miqrantların özləri və ya onların işəgötürənləri tərəfindən ödəniləcək. Qanun, həmçinin tibbi müayinələrin təşkilində vasitəçiliyi qadağan edir. Bu fəaliyyətlə yalnız səlahiyyətli tibb müəssisələri məşğul ola biləcəklər.

İcbari tibbi müayinə müvəqqəti yaşama icazəsinin və iş icazəsinin alınması, eləcə də patentin yenidən rəsmiləşdirilməsi üçün məcburi şərt olacaq.

Müayinənin nəticələri elektron formada da rəsmiləşdiriləcək. Təhlükəli xəstəliklər və ya narkotik maddələrdən istifadə halları aşkar edildikdə, tibb müəssisələri müvafiq tədbirlərin görülməsi üçün bir sutka ərzində Daxili İşlər Nazirliyini və “Rospotrebnadzor”u məlumatlandırmalı olacaq. Bundan əlavə, Rusiya Prezidenti təhlükəli xəstəliklərin olmaması barədə tibbi arayışların saxtalaşdırılmasına görə cinayət məsuliyyəti müəyyən edən qanunu da imzalayıb. Saxta sənədlərin hazırlanmasına və ya istifadəsinə görə 2 milyon rubladək cərimə və altı ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qanun 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək./Azərtac/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05